26 Mart 2018 22:13
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliya Skripalın səhhəti barədə danışıb.

Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, baş nazir keçmiş kəşfiyyatçının vəziyyətinin kritik olduğunu bildirib. "Həkimlər dedilər ki, onların vəziyyəti yaxın vaxtlarda çətin ki, dəyişsin. Olabilsin ki, onlar heç vaxt tam sağalmasın", - deyə baş nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər