ABŞ diplomatlarının ölkədən çıxarılması və konsulluğun bağlanması Rusiyadan ABŞ-a verilməsi mümkün olan yeganə cavabdır.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov 60 ABŞ diplomatının ölkədən çıxarılmasını şərh edərkən bildirib.
"Rusiyanın bu addımı atacağı Vaşinqtonda gözlənilmirdi. ABŞ-ın Rusiyanın aktivlərinə həbs qoymaqla Kremlə daha bir zərbə vuracağı istisna edilmir", - Puşkov qeyd edib.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Skripal işi"nə görə Qərbə cavab olaraq 60 xarici diplomatın ölkədən çıxarılacağını bildirib.