30 Mart 2018 10:49
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzdə baş verən və 64 nəfərin ölümü ilə nəticələn yanğınla əlaqədar daha bir nəfər həbs edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı Rusiya İstintaq Komitəsi yayıb.

Saxlanılan şəxs yanğının baş verdiyi “Qış albalısı” ticarət mərkəzinin yerləşdiyi binanın məxsus olduğu “Kemerova konditer kombinatı” təşkilatının baş direktoru Yuli Boqdanovdur.

Qeyd edək ki, martın 25-də baş verən hadisədən sonra aparılan istintaq araşdırmaları zamanı həmin binanın ticarət mərkəzi üçün əlverişsiz olduğu aydınlaşıb.

Faktla bağlı “Qış albalısı” ticarət mərkəzinin rəhbəri Nadejda Suddenok həbs edilib.


Müəllif: Samir

Oxşar xəbərlər