Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Liderlər Suriya və İraqdakı durum, həmçinin Qəzzadakı son hadisələri müzakirə ediblər.
Terrorçuluğa qarşı birgə mübarizənin gücləndirilməsinin vacibliyi də danışıqlar zamanı qeyd olunub.