31 Mart 2018 11:13
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün BMT Təhlükəsizlik Şurası 15 fələstinlinin öldürülməsi səbəbindən təcili toplantı keçirəcək.

Teleqraf.com xəbər verir ki, təcili toplantının çağırılması Küveytin tələbi əsasında baş tutur.

Küveytin BMT-dəki daimi nümayəndəsi Mansur Əl-Otaibi deyib ki, onun ölkəsi BMT Təhlükəsizlik Şurasının dərhal hərəkətə keçməsini istəyir:

“Şura təcavüz və güc tətbiqi hallarını qınamalı və dayandırmalıdır. İşğalçı İsraildən silahsız fələstinlilərə qarşı hücumlara son verilməsi tələb edilməlidir”.

İsveçin BMT-dəki daimi nümayəndəsi Karl Skauda Qəzzada baş verən hadisələrdən narahat olduqlarını deyib: “Qəzzada 15 nəfərin həyatını itirməsi dəhşətlidir. Bu, bizi ciddi narahat edir. Güc tətbiqi adekvat olmalıdır. İsrail hüquq-mühafizə orqanları güc tətbiq edərkən mərmilərdən istifadə edib”.

Rusiyanın BMT-dəki nümayəndəliyi də Qəzza hadisələrindən ciddi narahatçılıq keçirdiklərini deyib.

Qeyd edək ki, İsrail ordusu ötən gün HƏMAS-ın nəzarəti altında olan Qəzza zolağına aviazərbələri nəticəsində 15 fələstinli ölüb, 1000-dən çox adam yaralanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər