Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman ABŞ əsgərlərinin Suriyadan çıxarılmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, "Taym" jurnalına açıqlamasında Salman bu qərarın əleyhinə olduğunu bildirib.
"Amerikalı əsgərlərin Suriyada olması İranı dayandırmaq üçün vacibdir. Ancaq bu yolla İranın bölgədə təsirinin artması əngəllənə bilər. Amerikalı əsgərlər uzun müddətə olmasa da, orta müddətə Suriyada qalmalıdır. Suriyadakı ABŞ hərbçiləri Vaşinqtonun bu ölkənin gələcəyində söz haqqına sahib olmasına da imkan yaradacaq", - Salman deyib.