Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova "Beşinci kanal"a müsahibəsində Qərb ölkələrinin Rusiyaya hansı məqsədlə təzyiq etdiklərinə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, Mariya Zaxarova bu təzyiqlərin Rusiyada futbol üzrə dünya çempionatının keçirilməsini əngəlləmək məqsədi daşıdığını bildirib.
Jurnalistin "Rusiya dünya çempionatının keçirilməsi məsələsində izolyasiya ilə üzləşə bilərmi" sualına cavabında Zaxarova deyib:
"Bu onların əsas məqsədi, əlçatmaz arzusudur"