1 Aprel 2018 19:42
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın ən bahalı özəl məktəblərdən birində biabırçı olay yaşanıb.

Teleqraf.com xəbər verir ki, 25 yaşlı müəllim Kenleigh Prendergast 16 yaşlı şagirdlə münasibətdə olduğunu etiraf edəndən sonra vəzifəsindən azad edilərək həbs olunub.

İllik ödənişi 19 min dollar olan məktəbdə müəllimlə şagirdin gizli mesajlaşması sonradan qeyri-sağlam müstəviyə keçib. Tələbə və şagird son 6 ayda bir neçə dəfə görüşüblər. Onların münasibətləri haqda polisə məlumat daxil olub. Aparılan araşdırmalar zamanı müəllim-şagird münasibətlərindəki rüsvayçılıq aşkar edilib. Müəllim polisə ifadəsində hər şeyi etiraf edib. Fakt üzrə araşdırmalar davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər