Misirin hazırkı prezidenti Əbdül Fəttah əs-Sisi ötən həftə keçirilmiş seçkilərdə qalib gəlib.
Teleqraf.com xəbər verir ki, o, 97 faiz səs toplayıb.
Üç gün davam etmiş seçkilərdə iştirak faizi 41,05 faiz təşkil edib.
Əbdül Fəttah əs-Sisinin rəqibi Musa Mustafa Musa 2,92 faiz səs toplaya bilib.
Qeyd edək ki, Misirdə prezident seçkiləri üç gün – martın 26-dan 28-dək keçirilib.