10 Avqust 2014 14:16
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada 6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar Yaponiyanın şimal hissəsində qeydə alınıb.

Zəlzələnin Sakit okeanda 37 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Aomori ocağında qeydə alınan təkanlar Tokiodan 660 kilometr məsafədədir. Yerli hakimiyyət orqanları bildirib ki, təkanlar sunami təhlükəsi yaratmayacaq.

Təbii fəlakət nəticəsində nə qədər dağıntı və insan tələfatı olduğu barədə hələlik rəsmi məlumat verilməyib./anspress/


Müəllif: