11 Aprel 2018 14:27
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səsvermə ədalətli və səmərəli keçir. Prosedurlər düzgün şəkildə yerinə yetirilir.

Bunu prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Avropa Parlamentinin üzvü Deyvid Kembl deyib.

D. Kemblın indiyə qədər bir neçə seçki məntəqəsində müşahidə apardığını vurğulayıb: “Seçicilərin yoxlanış prosedurlarından çox təsirləndim. Bu cür təhlükəsizliyə xidmət edən prosedurlar iki dəfə səs verməyin qarşısını alır. Birləşmiş Krallıqda keçirilən bəzi seçkilərdə seçicilər şəxsiyyət vəsiqələrini göstərmirlər. Təhlükəsizlik baxımından burada vəziyyət daha yaxşıdır. Düşünürəm ki, təhlükəsizlik məsələlərinə Azərbaycanda daha ciddi əhəmiyyət verilir. Bizim getdiyimiz sonuncu seçki məntəqəsi çox qaynar idi. Həmin məntəqədə 1300 nəfər səs vermişdi. Bu göstərici bir seçki məntəqəsi üçün kifayət qədər qənaətbəxşdir. Seçki məntəqəsində seçicilər uzun sıralar yaratmışdılar ki, bu da çox təsirlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər