11 Aprel 2018 21:31
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Ümumavropa Əməkdaşlığı Departamentinin direktoru Andrey Kelin TASS agentliyinə müsahibə verib. O, müsahibəsində Avropa ilə dialoq, “Skripal işi” və Vaşinqtonun bu prosesə təsiri məsələlərinə toxunub.

Teleqraf.com müsahibəni təqdim edir:

- Siz demişdiz ki, Avropa kontingentində hazırda nəzərə çarpan gərgin vəziyyətə görə NATO ciddi dialoq hazırlıqlarına başlayacaq. Şimali Atlantika Alyansı tərəfindən hansı addımlar atıla bilər?

- Alyans yenə də ikili yanaşma siyasətindən istifadə etdi. Bir tərəfdən hərbi təzyiq həyata keçirilir, digər tərəfdən isə dialoq təklif edilir. Bu, yeni siyasət deyil. 1960-cı illərdə də oxşar siyasətlə qarşılaşmışıq. Ancaq bunun nəticəsi gərginliyin azaldılmasına deyil, artırılmasına yönəlib.

Hazırda dialoq mümkün deyil. Çünki NATO-nun Varşavadakı sammitində Ukrayna məsələsinin diskussiyası dialoqu təklif edildi.

Biz Rusiya – NATO Şurasının iclasında bunu müzakirə etmək niyyətində deyilik. Çünki Ukrayna böhranı üzrə əlaqə qrupu, Minsk Qrupu və “Normand dördlüyü” bu məsələ ilə yaxından məşğul olur.

NATO bu məsələdə heç bir rol oynamır. ATƏT də dediyimiz arqumentləri bizə təkrar edir.

Bundan başqa, bu cür dialoqlarda hərbçilərin iştirakı vacibdir. Çünki bu, hərbi-siyasi məsələdir. NATO-nun Varşavadakı sammitində qərar qəbul edildi ki, hərbi sahədə Rusiya ilə heç bir iş görülməsin. Hazırda bizim alyansla yalnız qərargah rəisləri səviyyəsində telefon danışığı aparmaq imkanımız var.

Bu vacib elementlərsiz dialoq mümkün deyil.

- Belə başa düşürəm ki, bu problem Baltikyanı ölkələr və NATO-nun Polşada hərbi varlığını artırması ilə əlaqədardır.

- Bu azdır. Hazırda bizim sərhədlərimiz boyunca geniş hərbi manevrlər aparılır. Biz indi fikirləşməliyik ki, bu varlığın artırılması ilə nə etmək lazımdır. Biz eskalasiyadan qaçmalıyıq.

- Qara dənizdə NATO-nun hərbi varlığını möhkəmləndirməyin qarşısını almaq üçün nə etmək olar?

- Bunun haqqında danışmaq hələ tezdir. Hələ ki, Qara dənizdə tək-tək gəmilər müşahidə edirik. Ancaq mən bilirəm ki, bir çox ölkələr burada daimi hərbi dəniz donanması birliyinin yaradılmasına çalışırlar.

- Bu şərtlər altında Rusiya – NATO Şurasının iclasının keçirilməsi mümkündür?

- İnanmıram. Zəmin yoxdur, müsbət gündəlik yoxdur. Ən başlıcası isə biz NATO tərəfdaşlarımızın birgə fəaliyyət üçün işlərini görmürük. Onlar hazır olduğu zaman biz də hərəkətə keçəcəyik.

- “Skripal işi”ndən sonra Avropa ölkələri ilə müzakirələr gözlənilir?

- Bunu demək çətindir. London bu məsələni Moskvanın boynuna yıxmaq üçün arqumentlər axtarır. Bu məsələdə Vaşinqton da dinc dayanmaq niyyətində deyil. London və Vaşinqton çalışır ki, ABŞ və Rusiya arasındakı əlaqələr yaxşılaşmasın. Sanksiyaların tətbiqi və diplomatların çıxarılması bunu aşkar şəkildə sübut edir.

- Belə məlumatlar yayılıb ki, Vaşinqton “Cənub axını – 2” layihəsinə görə Avropa şirkətlərinə sanksiya tətbiq edə bilər. Bununla bağlı nə düşünürsüz?

- Bu, çox mürəkkəb mövzudur. Avropalılar hələ özlərinin nə istədiyini və Vaşinqtonun nə edəcəyini bilmirlər. Onlar Vaşinqtonla məsələni həll etmək üçün ABŞ-a nümayəndə heyəti göndərdilər. Ancaq hər hansı açıq cavab ala bilmədilər. İndi orada hər şey çox siyasiləşdirilib.

- Məlumatlar yayılıb ki, “Normand formatı” bu dəfə Rusiyasız keçəcək. Nə dərəcədə həqiqətə uyğundur?

- “Normand formatı” Rusiyasız keçirilə bilməz. Biz bilirik ki, Ukrayna Prezidenti Petro Poroşenko Almaniyaya səfərə hazırlaşır və Angela Merkel ilə görüşəcək. Onlar elə bu şayiələrin müəllifləridir. Bununla bağlı bizdə heç bir məlumat yoxdur.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər