Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis Türkiyə ilə Ankaranın Rusiya "S-400" kompleksləri almasına dair danışıqların detallarına aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, Pentaqon rəhbəri ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə bildirib ki, Vaşinqton Rusiya silahlarına alternativ təklif etmək niyyətindədir.
"Biz Türkiyə ilə bu barədə, o cümlədən NATO (standartlarına) uyğun sistemlər əldə etmək imkanı verəcək hərbi texnikanı satın alma variantları vermək imkanlarına dair danışıqlar aparırıq", - deyə Mettis bildirib.
Nazirin sözlərinə görə, Türkiyənin qərarı NATO maraqlarına uyğun deyil, çünki bir bölgəyə ziddiyyətli raket əleyhinə müdafiə sistemləri yerləşdirilir.
Bundan əvvəl Moskva və Ankara zenit raket komplekslərinin tədarük müddətinin tezləşdirilməsi barədə razılıq əldə edib. (Report)