ABŞ Prezidenti Donald Trampın köməkçiləri KXDR lideri Kim Çen İnin nüvə-raket sınaqlarını dayandırması barədə bəyanatına skeptik yanaşırlar.
Teleqraf.com-un xəbərinə görə bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
Bildirilir ki, Ağ Ev KXDR-in bu addımının tələ ola biləcəyini hesab edir: “Tpampın köməkçiləri KXDR-in bu məsələ ilə bağlı öz üzərinə birbaşa öhdəliklər götürmədiyini də bildiriblər”.