300 min qadını ana olmaqdan məhrum edən Perunun keçmiş prezidenti Alberto Fujimoru yenidən mühakimə ediləcək.
Teleqraf.com xəbər verir ki, 10 il prezident olmuş Albero Fujimoriyə qarşı yeni ittiham aktı hazırlanıb. İttihama görə, keçmiş liderin tapşırığı ilə həyata keçirilən ailə planlanması proqramı 18 qadının ölümü ilə nəticələnib.
Fujimori ilə yanaşı, onun prezidentliyi dönəmində vəzifədə olmuş 3 səhiyyə naziri də mühakimə ediləcək.
Analıq imkanları əllərindən alınan qadınların çoxu ispanca bilməyən hindu kökənli qadınlar olub.
Qeyd edək ki, 79 yaşlı Fujimoriyə 2009-cu ildə 25 illik həbs cəzası verilib. Ancaq 2017-ci ildə səhhəti ilə bağlı əfv edilib.