28 Aprel 2018 01:13
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Birləşmiş Ştatların Qüdsdə səfirliyinin açılışında iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısı Almaniya kansleri Angela Merkellə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Mən ora gedə bilərəm. Mən bununla çox fəxr edirəm. ABŞ-ın bir çox prezidentləri uzun illər ərzində Amerikanın Qüdsdə səfirliyini açacaqlarını vəd etdilər. Lakin onların vədlərini yerinə yetirməyə cəsarətləri çatmadı. Mən bunu həyata keçirdim. Hazırda səfirliyin açılışına hazırlıq işləri gedir", - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Donald Tramp ötən ilin 6 dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Ağ Ev rəhbəri Dövlət Departamentinə ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi tapşırıb.

ABŞ-ın dövlət başçısının bu qərarı bir çox dövlətlərin tənqidinə səbəb olub. (Report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər