Rusiya ABŞ-ın Suriyada hərbi əməliyyat aparmasına imkan verməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatındakı (OPCV) daimi nümayəndəsi Aleksandr Şulqin deyib.
Şulqin Suriyanın Şərqi Qutanın Duma şəhərində kimyəvi silah tətbiq etməsi haqda araşdırmaları şərh edib.
O deyib ki, ABŞ-ın yeni “saxta bayraq” hücumlarına imkan verməyəcəklər:
“Dəməşqə qarşı yeni “saxta bayraq” əməliyyatları həyata keçirilə bilər. ABŞ-dan olan partnyorlarımız Suriyada yeni hərbi əməliyyatla təhdid edirlər. Ancaq buna imkan verməyəcəyik”.