Almaniya kansleri Angela Merkelin ABŞ-a səfəri başlayıb.
Teleqraf.com xəbər verir ki, Ağ Evdə Merkeli ABŞ Prezidenti Tramp qarşılayıb.
Donald Tramp Almaniyada son parlament seçkilərindən qalib çıxan Merkeli təbrik edib, onun fərqli qadın olduğunu vurğulayıb.
İki liderin əsas müzakirə mövzusu İranla əldə olunmuş nüvə sazişi və onun perspektivləri, beynəlxalq təhlükəsizlik və alüminiuma tətbiq olunan vergilərdir.
Müşahidəçilər qeyd edirlər ki, Merkelin ABŞ səfəri də ondan əvvəl Vaşinqtonda olmuş Fransa Prezidenti Makron kimi Avropa ilə ABŞ arasında beynəlxalq təhlükəsizlik və qlobal ticarətdə əməkdaşlığı davam etdirmək məqsədi güdür.
Mütəxəssislər hesab edirlər ki, yalnız London, Berlin və rəsmi Paris Trampın İranla əldə edilən nüvə sazişindən çıxmasının qarşısını ala bilər.