28 Aprel 2018 21:23
2 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan ölkədəki vəziyyətlə bağlı hakim Respublikaçılar Partiyasının nümayəndələri ilə danışıqlara hazır olduğunu bildirib.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bazar günündən etibarən İrəvanda aksiyaları yeni qüvvə ilə davam etdirməyin vacib olduğunu bildirib.

Respublikaçılar Partiyasından isə bildiriblər ki, onlar baş nazir postuna namizıd irəli sürməyəcəklər, lakin qarşıdakı parlament seçkilərində iştirak edəcəklər. Müxalifət buna cavab olaraq, aksiyaları davam etdirəcəyini bəyan edib.


Müəllif: Nahid

Oxşar xəbərlər