"Mənim addımım” hərəkatının lideri Nikol Paşinyanın fəaliyyəti qəbuledilməzdir.
Bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan aprelin 29-da NTV kanalında yanımlanan "İradə Zeynalova ilə həftənin nəticələri" proqramında deyib.
Nikol Paşinyan nə istəyir? Hakimiyyəti mənə verin, dərhal. Hakimiyyət çamadan deyil ki, götürüb verəsən. Bu, konkret şəxslərdir – parlament, deputat korpusu, onların da öz mənliyi var”, - Köçəryan deyib.
O bildirib ki, Paşinyan hakimiyyəti və deputatları öz vicdanları, öz baxışları, siyasətə münasibətləri əleyhinə getməyə məcbur edir:
“Kütləvi surətdə onları şantaj etmək olduqca qorxulu vəziyyətdir”.