1 İyun 2018 15:46
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda yeni hökumətin başlatdığı kadr siyasəti davam edir.

Teleqraf.com xəbər verir ki, hökumət ölkənin 10 vilayətindən 8-nə qubernator təyin edib.

Qeyd edək ki, bir müddət öncə ölkənin yeni baş naziri Nikol Paşinyan bütün vilayətlərin qubernatorlarının dəyişilməsinin vacibliyini bildirmişdi. Beləliklə, Nazirlər Kabinetinin qərarına əsasən, Ararat, Kotayk, Vaoytsdzor, Tavuş, Lori və Quqark vilayətlərinin qubernatorları vəzifədən azad ediliblər.

Ararat vilayətinə Nor Kyank kəndinin icra nümayəndəsi Qarik Sərkisyan təyin olunub. Baş nazir N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin üzvü Romanos Petrosyan Kotayk, İcevan şəhərinin meri Vaqe Qalumyan Tavuş vilayətinin qubernatoru təyin olunub.

Şirak vilayətinin qubernatorluğu “Vətəndaş müqaviləsi” Partiyasının idarə heyətinin digər üzvü Karen Saruxanyana, Quqark “Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyana tapşırılıb. Araqatsotn vilayətinin qubernatoru postuna yenə “Daşnaksütyun” Partiyasının üzvü Aşot Simonyan gətirilib. O, 2017-ci ilin iyulundan bu vəzifəni tutub, ancaq bu ilin aprelin sonlarında istefa verib. Vaoytsdzor vilayətinin rəhbəri Vayk şəhərinin meri Araqats Saqatelyan, Lorininki Qrant Marqaryan olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər