13 Avqust 2014 17:04
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Saxa respublikasında 4 yaşlı qızcığaz itdikdən 12 gün sonra meşəlik ərazidə sağ tapılıb.

Karina adlı qızcığaz iyulun 29-da Yakutiyanın Olom kəndindəki evlərinin yaxınlığında öz iti ilə gəzərkən itmişdi. Qızın anası onun atası ilə səyahətə yollandığını zənn edərək onu axtarmayıb və yalnız avqustun 2-də onun itməsi barədə polisə məlumat verilib.

Balaca qızın axtarışına cəlb olunmuş xilasedicilər və axtarış itləri günlərlə yaxınlıqdakı meşəni ələk-vələk edib. İtmiş qızın iti kənddə peyda olduqda xilasedicilər onun ayaq izləri ilə geri qayıdaraq qızı tapıblar.

4 yaşlı Karina otlardan düzəltdiyi yuvanın içində oturarkən tapılıb və onun 12 gün ərzində meşədəki giləmeyvələrlə qidalandığı məlum olub.

/anspress/


Müəllif:

Oxşar xəbərlər