İsrail ordusu Qəzza sektoru ilə sərhəddə qarşıdurma zamanı fələstinli qızın həlak olması faktı ilə bağlı araşdırma aparacaq.
Teleqraf.com-un xəbərinə görə, bu barədə "Haarets" qəzeti bildirib.
"Araşdırmanın nəticələri hərbi prokurorluğa göndəriləcək", - qəzet yazır.
Qeyd edək ki, Qəzza sektorunda cümə axşamı baş verən qarşıdurma zamanı fələstinli gənc qız aldığı güllə yarasından həlak olub.