2 İyun 2018 21:14
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın şimal-qərbindəki Zamfara ştatında bir qrup silahlı şəxs kənd sakinlərinə hücum edib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, onlar 15 nəfəri qətlə yetiriblər.

Zamfara polisinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Şex bildirib ki, silahllılar bir gün əvvəl Zakuna kəndinə gəlib yerli sakinlərin inəklərini oğurlayıblar: "Daha sonra bir qrup kənd sakini onlara hücum edən silahlılara müqavimət göstərib. Silahlılar qaçmağa məcbur olublar. Lakin onlar sonradan daha böyük qüvvə ilə kəndə hücum edərək, 15 nəfəri qətlə yetiriblər".

Şex bildirib ki, kənddə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə ilə bağlı istintaq aparılır.


Müəllif: Nahid

Oxşar xəbərlər