4 İyun 2018 22:49
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ-ın xarici işlər nazirləri Suriyanın Mənbic qəsəbəsinin təhlükəsizliyinin təmin edilməsi üzrə yol xəritəsini təsdiq ediblər.

Teleqraf.com "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo Mənbicdə təhlükəsizlik və sabitliyin təmin edilməsi üzrə tədbirləri özündə əks etdirən yol xəritəsini təsdiq ediblər", - deyə sənəddə bildirilir.

XİN-dən qeyd olunub ki, tərəflər danışıqlar zamanı müttəfiqlik və tərəfdaşlıq ruhunda qarşılıqlı narahatçılıqların nizamlanması üzrə öhdəliklərə bağlılıqlarını ifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər