5 İyun 2018 19:13
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp özünü əfv etməyə tam hüququnun olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Tramp tvitter hesabında yazıb.

“Çox sayda hüquqşünasların qeyd etdiyi kimi, özümü əfv etmək üçün tam hüququm var. Amma niyə belə bir addım atım, əgər pis bir şey etməmişəmsə?”

Trampın müdafiəçiləri Prezidentin Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı araşdırmaya təsir etmədiyini bildirib. Baxmayaraq ki, ABŞ konstitusiyası Prezidentə araşdırmaları dayandırmaq, yaxud səlahiyyətindən istifadə edərək özünü əfv etmək hüququ verir.

Bununla yanaşı Prezidentin vəkili Rudolf Juliani belə bir addımın impiçmentə səbəb ola biləcəyini vurğulayıb.

Daha əvvəl ABŞ mətbuatı seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırmanın sona yaxınlaşdığını yazıb. İstintaqa rəhbərlik edən Robert Müllerin yekun 44 sualı artıq Prezidentin vəkillərinə göndərdiyi bildirilib.


Müəllif: Ruslan

Oxşar xəbərlər