13 Avqust 2014 22:34
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Xarici İşlər nazirləri İraq və Ukraynada yaranan vəziyyəti müzakirə etmək üçün bir araya gələcək.

Axar.az xəbər verir ki, cümə günü Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonun çağırışı ilə Brüsseldə baş tutacaq toplantıda bir çox məsələlər müzakirə olunacaq. Müzakirə olunacaq əsas məslələrdən biri Rusiyanın Şərqi Ukraynaya göndərdiyi humanitar yardımlar olacaq.

Toplantıda İraqda İŞİD qüvvələrinə qarşı hərbi əməliyyatlar və Ukraynanın şərqindəki vəziyyət də müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, İraq Kürd Regional Rəhbərliyi (IKBY) AB-dən hərbi dəstək tələb etmiş və bundan sonra Fransa regiona silah-sursat göndərməyi qərara almışdı. Fransadan sonra Almaniya da kürdlərə hərbi təchizat göndərəcəyini elan etmişdi. Lakin ekspertlər cümə günü toplanacaq dövlətlərin hamısının İraqa silah göndərməyəcəyini bildirir.


Müəllif: