İranın nüvə fəaliyyətinə başlaması 2015-ci ildə əldə olunmuş sazişə qarşı deyil. Amma İran daha irəliyə gedərsə, nüvə anlaşması pozulmuş sayılacaq.
Teleqraf.com xəbər verir ki, bu fikri Fransa xarici işlər naziri Jan Yuse Le Drian bildirib.
Nazir deyib ki, İran nüvə fəaliyyətini bərpa etsə də, “qırmızı xətt”i keçmək təhlükəlidir: “Bu gün İranın uranı zənginləşdirmək sahəsində fəaliyyəti Vyana anlaşmasına uyğundur. Tehranın bu qərarı müqaviləyə zidd deyil. Lakin növbəti mərhələyə keçilsə, anlaşma pozulacaq”.
Fransız nazir əlavə edib ki, anlaşmanın pozulacağı təqdirdə Avropa buna səssiz qalmayacaq: “Biz müqavilənin qorunmasına tərəfdarıq. İranla bu istiqamətdə işləyirik. Beynəlxalq Atom Enerjisi Agentliyi İrana nəzarəti həyata keçirir. İran müqavilənin şərtlərinə əməl edir”.