Peruda 600 illik məzarlıqda tədqiqat aparan arxeoloqlar 56 uşağın ürəyinin çıxarıldığını görüblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, həmin dövrdə ürəyi çıxarılan uşaqlar ayin çərçivəsində dəfn olunub.
2 ay davam edən araşdırmalarda yeni məzarlar da tapılıb.
Müəyyən zamanlarda uşaqların qurban verilməsinin geniş yayıldığını deyən mütəxəssislər bu ayinin çətinliklərdən xilas üçün icra olunduğunu bildirirlər.
Tədqiqatlar nəticəsində tapılan sümüklərin 5-14 yaş arası uşaqlara aid olduğu aydınlaşdırılıb.