Rusiya Prezidenti Vladimir Putin ölkəsinin “Böyük səkkiz”liyi tərk etmədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Rusiya lideri bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çinin Sindao şəhərində keçirilən sammitinin yekunlarına dair düzənlənən mətbuat konfransı zamanı bildirib.
“O ki qaldı, “yeddilik”ə, yaxud “səkkiz”liyə qayıtmaq məsələsinə, biz ordan çıxmamışıq. Bu həmkarlar özləri məlum mülahizələr üzündən Rusiyaya gəlməkdən imtina etdilər. Buyurun, biz onların hamısı ilə Moskvada görməkdən şad olarıq”, deyə V.Putin bildirib.
O əlavə edib ki, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, ŞƏT ölkələrinin alıcılıq qabiliyyəti “Böyük yeddilik” ölkələrini üstələyib.