İran ordusu ölkənin cənub-qərbində anti-terror əməliyyatı keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
İran İnqilab Keşikçiləri Komandanlığının quru qoşunları komandiri Məhəmməd Pakpurun sözlərinə görə, Uşneviye, Servabad rayonlarında PKK-nın İran qolu olan PJAK-a qarşı əməliyyatlar keçirilib.
Ordu və terrorçular arasında baş verən toqquşmalar zamanı ümumilikdə 16 silahlı məhv edilib.