ABŞ Prezidenti Donald Trampla sabah Sinqapurda görüşəcək Kim Çen İnin mühafizəçiləri yenidən gündəmə çıxıb. Şimali Koreya liderinin avtomobilini qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarının görüntüləri sosial mediada da diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Kim Çenin Sinqapura gətirdiyi təhlükəsizlik kortejində 20-dən çox maşın olub.
Qeyd edək ki, iyunun 12-də Tramp və Kim Çen ikitərəfli görüş keçirəcək. Görüşdə nüvə silahlarının məhv edilməsi və təhlükəsizlik məsələlərinin müzakirə olunacağı bildirilir.