İspaniya milli komandasının baş məşqçisi Julen Lopeteqi işdən qovulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kral İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales keçirdiyi təcili mətbuat konfransında bildirib.
Ötən gün Lopeteqinin Dünya çempionatından sonra “Real”ı çalışdıracağı bəlli oldu. Məlum olub ki, o, bu barədə federasiyanı xəbərdar etməyib.
Qeyd edək ki, İspaniya millisi Lopeteqinin rəhbərliyi altında 2 il ərzində keçirdiyi heç bir oyunda məğlub olmayıb (14 qələbə, 6 heç-heçə).