Miqrant problem Alamaniyada siyasi böhrana çevrilir. Miqrantların ölkəyə buraxılmasının qadağan edilməsini tələb edən daxili işlər naziri ilə Kansler Angela Merkel arasında yaranmış mübahisə koalisiya hökumətini parçalaya bilər.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Merkelin Xristian Demokrat Partiyasının (CDU) müttəfiqi olan Xristian Sosial İttifaqı (CSU) kansleri miqrantlara “açıq qapı” siyasətindən imtina etməyə məcbur edir.
Angela Merkal isə bu addımın Avropa İttifaqını böləcəyi iddiasıyla təklifi nəzərdən keçirməyi rədd edir. Kanslerin bu addımı iki müttəfiq partiya arasındakı münasibətləri pozub. Bununla da, koalisiya hökumətinin dağılması təhlükəsi ortaya çıxıb.
Daxili işlər naziri Şihoferin kansler üzərində təzyiqləri artırması və koalisiyadan çıxacağı xəbərdarlığını etməsi isə böhranı pik həddə qaldırıb. Bundan sonra Angela Merkel məsələni Avropa İttifaqına üzv dövlətlərlə müzakirə edəcəyini və buna görə 2 həftə vaxt istəyib. Lakin daxili işlər nazir 2 həftəlik qısa vaxt ərzində bu məsələnin həllinin mümkün olmayacağını bildirərək, kanslerin təklifini rədd edib.
CSU-dan Şihoferə gələn dəstək də, Angela Merkeli çıxılmaz vəziyyətdə qoyub.