18 İyun 2018 00:58
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Havay adalarında Rixter şkalası ilə 5.3 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, zəlzələdən sonra adadakı Kilauea vulkanında yeni və güclü püskürmə baş verib. Qızmış lava axını qarşısına çıxan hər şeyi yandıraraq okeana doğru hərəkət edir. Adada 500-ə yaxın evin yanıb kül olduğu bildirilir.

Qeyd edək ki, Havay adaları qrupunun Böyük adasında yerləşən Kilauela vulkanı Yer kürəsinin ən aktiv vulkanlarından biri sayılır.


Müəllif: Teleqraf.com