Türkiyədə 24 iyunda keçiriləcək prezident seçkilərində sabitliyin təmin edilməsi olduqca əhəmiyyətlidir.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla Çinin xarici işlər naziri Vanq Yi çıxış edib.
Çinlə Türkiyə arasında iqtisadi əlaqələrə diqqət çəkən nazir bildirib ki, Pekin üçün Türkiyədə sabitliyin mövcudluğu mühüm məsələdir:
“Biz Türkiyədə sabitliyi dəstəkləyir, türk xalqının seçiminə hörmətlə yanaşırıq. Çin Türkiyənin birlik və müstəqilliyinə tərəfdardır”.