Ukraynanın Luqansk şəhərində federallaşma tərəfdarları aprelin 27-də keçirdikləri mitinqdə "Luqansk Xalq Respublikası"nın yarandığını elan ediblər.
Teleqraf.com Ukraynanın "Svoboda" radiosuna istinadən xəbər verir ki, aksiya iştirakçıları Kiyev hakimiyyətinə ultimayum verib. Onlar Ukraynanın şərqində keçirilən aksiyalar zamanı həbs olunanların azad edilməsini, rus dilinin dövlət dili kimi tanınmasını və regionun statusunu müəyyənləşdirilməsi üçün referendum keçirilməsini tələb edirlər.
Aksiya iştirakçıları bildirib ki, aprelin 29-na qədər tələbləri yerinə yetirilməzsə, aktiv hərəkətə keçəcəklər.
Fidan