19 İyun 2018 20:09
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trabzon Qaradəniz Texniki Universitetində bir tələbə müəlliməsinə sevgi məktubu ilə evlənmə təklif edib.
Teleqraf.com xəbər verir ki, müəlliməsinin xəbərdarlığına məhəl qoymayan əcnəbi tələbə şəklillərini sosial şəbəkədə paylaşıb.

Müəllimənin otağına oyuncaq ayı və çiçək göndərən David Mikeladze dərsdə gizlicə onun şəkillərini də çəkib.

Gürcü tələbəyə dəfələrlə xəbərdarlıq edən müəllimə sonda onu məhkəməyə verib.

Araşdırmanı tamamlayan hakim tələbəni başqasının rahatlığını pozmaqda ittiham edib. Bu ittiham öz təsdiqini taparsa, David Mikeladzeni 3 aydan 1 ilə qədər həbs gözləyir.


Müəllif: Cabbar