20 İyun 2018 15:48
2 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda 1 əsgərin ölümü, 1-i xidmət rəisi olmaqla 3 hərbçinin yaralanması ilə yadda qalan hadisənin 8 aydan sonra araşdırılmasına başlanıb.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, İstintaq Komitəsi bununla bağlı yeni işçi qrupu formalaşdırıb.

Ermənistanda uzun müddətdir narazılıq yaradan məsələyə həlak olan əsgərin validenylərinin saysız müraciətlərindən sonra baxılıb. Valideynlərin sonuncu şikayətində Ermənistan Müdafiə Nazirliyi səhlənkarlıqda ittiham edilir.

Qeyd edək ki, ötən il noyabrın 21-də Qarabağda minalanmış ərazilərdə baş vermiş partlayış nəticəsində leytenant Qeqam Zaxaryan, əsgərlər – Sərkis Abramyan və Sərkis Məlikyan ağır yaralanmışdılar. Adı açıqlanmayan 1 əsgər isə həlak olmuşdu. Əsgərin ölməsi və cəsədi uzun müddət valideynlərindən gizlədilib.

İbtidai istinaq zamanı məlum olub ki, hadisəyə bu ilin fevralında ordu sıralarından qovulmuş mayor E.Qriqoryanın qeyri-peşəkar davranışları səbəb olub. Bundan başqa o, hadisənin baş verdiyi hərbi hissədə mütəşəkkil təxribatçı qruplaşma yaratmaqda ittiham edilir.

Ehtimala görə E.Qriqoryan hərbçiləri minalanmış əraziyə bilərəkdən göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər