20 İyun 2018 19:05
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanin Tehrandakı sabiq səfiri Amerika kəşfiyyatı üçün işlədiyini etiraf edib.

Teleqraf.com xəbər verir ki, keçmiş səfir bunu “Globe and Mail” qəzetinə müsahibəsində etiraf edib.

İran islam inqilabı zamanı Kanadanın Tehrandakı səfiri olan Ken Taylor bildirib ki, Mərkəzi Kəşfiyyat Xidməti üçün işləyib:

“İranda inqilab olanda və Tehrandakı ABŞ səfirliyi mühasirəyə alınanda MKİ-nin İran ofisinin şefi olaraq işlədim”.

Qeyd edək ki, kanadalı diplomat 1979-cu ildə altı amerikalının İrandan qaçırılmasına köməklik etdiyi üçün qəhrəman elan olunmuşdu.

1977-1980-cı illərdə Kanadanın İran səfiri olan Ken Taylor 1979-cu ilin noyabrın 4-də ABŞ səfirliyinin mühasirəyə alınmasından sonra ABŞ-a ciddi informasiya dəstəyi göstərib. Hətta qeyri rəsmi MKİ-nin İran nümayəndəsi vəzifəsini yerinə yetirib.

“Əgər iranlılar bu haqda məlumatı öyrənsəydi nəticəsi çox ciddi olacaqdı”,-deyə sabiq səfir bildirib.

Qeyd edək ki, kanadalı diplomat bu vəzifəsini Kanada və ABŞ hökumətləri arasında əldə olunan razılığa əsasən uzun illər məxfi saxlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər