22 İyun 2018 16:00
3 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbs edilmiş Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın işlədiyi cinayətlərə dair yeni faktlar üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, 1990-cı illərdə Qriqoryanın təhdidlərindən sonra ailəsi ilə birlikdə ABŞ-a qaçmağa məcbur olan Maya Mayoyan 20 ildən sonra generalın gizlədilən cinayətlərinin üstünü açıb.

O, Manvel Qriqoryanı “əxlaqsız” və “heyvan” adlandırıb:

“1997-ci ildə 20 yaşlı qardaşım Edqar Moyoyan qaçırılmışdı. Həmin vaxt Manvel Qriqoryan Maliyyə Nazirliyinin mühafizə xidmətinin rəhbəri postunu tuturdu. Biz zəngin ailə idik. Qardaşım Armavir rayonunda bir kənddə gizlədilmişdi. Biz bundan sonra xəbər tutumuşduq. Sumbatyan soyadlı şəxs bizimlə əlaqə saxladı. Sumbatyan atam Stepan Mayoyandan qardaşımı qaytarmaq üçün 10 min dollar tələb etdi. Manvel Qriqoryan ailəmizi açıq formada hədəfə almışdı.

Manvel Sumbatyan vasitəsilə bizə çatdırdı ki, əgər bu barədə polisə bildirsək, Edqarın bədənini hissə-hissə evinizə göndərəcəyik.

Biz bunun qarşısını almaq üçün 10 min dolları ödəməliydik. Hər gün fərqli tələblər irəli sürürdülər, tez-tez evimizə gəlirdi. Atama deyirdi ki, gözəl qızlarınız var. Atamın yanında bizimlə mazaqlaşır, söyüş söyürdülər”.

Maya Mayoyan qeyd edir ki, Qriqoryana tələb olunandan artıq pul verirlər:

“Biz istədikləri pulu verdik, amma Edqarı bizə qaytarmadılar, heç telefonla danışmağa da imkan yaratmırdılar. Toy üzüklərinə qədər satıldı, kiloqramlarla qızıl, avtomobil verdik. Sonuncu təhdiddən sonra yaxın qohumlarımızdan biri ona ev hədiyyə etdi.

Həmin vaxt bir qadınla tanış olduq. O, bizə oğlunun da Manvel tərəfindən girov götürüldüyünü, 8 min dollar verdikdən sonar sərbəst buraxıldığını dedi. Manvel qadının oğlunu işgəncə verərək bir ilə yaxın evində işləməyə məcbur etmişdi.

Qardaşım isə Manvelin yanındakı əsgərlərin köməyilə xilas oldu. O, uzun müddət ona verilən işgəncələrin təsirindən çıxa bilmədi. Qardaşım xilas olduqdan sonar Qriqoryanın ailəmdən son tələbi Ermənistandan dərhal çıxmağımız idi. Biz Gürcüstana, oradan da ABŞ-a qaçdıq”.


Müəllif: Mənsur Rəğbətoğlu