Qlobal Humanitar Yardım indeksi üzrə dünyanın ən xeyirxah ölkələrinin adları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, siyahıya Türkiyə başçılıq edir.
Türkiyə 2017-ci ildə dünyanın ən çox humanitar yardım edən ölkəsi olub.
Keçən il ayrı-ayrı ölkələrə edilmiş 27.3 milyard dollarlıq yardımın üçdə bir hissəsi Türkiyənin payına düşür. Bu, 8.07 milyard dollar deməkdir.
Siyahıda 6.68 milyard dollarlıq yardımla Türkiyəni ABŞ, 2.99 milyardla Almaniya, 2.52 milyardla İngiltərə təqib edir.