23 İyun 2018 11:54
1 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb, bağça müdirinə töhmət verilib.

Bunu "Report"un Qərb bürosuna Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Məlumata görə, bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə yol verdikləri səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən çıxarılıblar.

Bağçanın müdiri Günay İsmayılovaya töhmət verilib.

Məlumata görə, baxçanın böyük tibb bacısı uşağa ilk yardım göstərərək dərhal zədələmiş yerə perekslə kompres qoyub. Daha sonra körpə xəstəxanaya aparılaraq ilkin tibbi yardım göstərilib, körpənin yarası yüngül olduğu üçün evə buraxılıb

Qeyd edək ki, sosial şəbəkədə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında Mustafazadə Sara adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb. Bağça rəhbərliyi uşağın üzünə dağ basılması iddiasını təkzib edərək uşağın üzünü digər bağça yoldaşı Hüseyn Əliyevin dişlədiyini vurğulayıb.

***

23:57

Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində məlumat yayılıb.

Qeyd olunur ki, Gəncə şəhər 31 saylı usaq bağçasında müəllimə 1 yaş 6 aylıq olan Sara adlı uşağın üzünə dağ basıb.

Valideynin şikayətinə cavab olaraq müəllimə deyib ki, Saranın üzünü digər uşaq dişləyib. Ancaq uşağı ekspertizaya aparıblar, orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub. Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib.

Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Üzü yandırılan uşağın fotolarını təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər