Türkiyədə son prezident seçkilərində hakimiyyət və müxalifət namizədi arasında ən kritik yarışma İstanbulda qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, son referendum zamanı İstanbulda uduzan Ədalət və İnkişaf Partiyası bu seçkilərdə vəziyyəti qaydaya sala bilib.
Prezidentliyə namizəd Rəcəb Təyyub Ərdoğan İstanbulda seçicilərin 50, Məhərrəm İncə isə 36,8 faizinin səsini qazana bilib. Səlahəddin Dəmirdaşa isə İstanbul seçicilərinin 7,22 faizi, Maral Akşənərə isə 4,76 faizi səs verib.
Ərdoğana 4,5 milyon seçici, İncəyə 3,3 milyon, kürd namizəd Dəmirdaşa isə 661 min istanbullu səs verib.