Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Məhərrəm İncə 24 iyun prezident seçkilərindən sonra mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, CHP-nin prezidentliyə namizədinin mətbuat konfransında yüzlərlə yerli və xarici jurnalist iştirak edib.
Məhərrəm İncə mətbuat konfransında iştirak edən media orqanları arasında TRT kanalının əməkdaşlarına “Mitinqimi göstərməyənlərin burada nə işi var” deyərək, təpki göstərib və onları mətbuat konfransının keçirildiyi zaldan çıxarıb.