26 İyun 2018 21:42
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ali Məhkəməsi prezident Donald Tramp altı ölkədən ABŞ-a səyahətlərə məhdudiyyət qoyan sərəncamının lehinə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, Trampın sərəncamına əsasən üç ay müddətinə müsəlmanların ABŞ-a səyahətinə qadağa qoyulub. Federal hakimlər daha öncə sərəncamın icrasının qarşısını almışdılar. Amma Tramp administrasiyası ABŞ Ali Məhkəməsinə müraciət etmişdi və qurum bu gün Trampın sərəncamının xeyrinə qərar qəbul edib.

Qeyd edək ki, sərəncamda əsasən Suriya, Sudan, Somali, Liviya, İran və Yəməndən olan müsəlmanların ABŞ-a girişinə məhdudiyyət nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər