1 İyul 2018 16:10
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəb dünyasının ilk səudiyyəli modeli Talidə Tamər ölkəsinə şok yaşadıb.

Teleqraf.com xəbər verir ki, dünyanın məşhur “Harper's Bazaar” jurnalına verdiyi cəsarətli pozalarla ərəb model eyni zamanda bütün dünyanın diqqətini də üzərinə çəkməyi bacarıb.

Səudiyyə Ərəbistanının ilk modeli sayılan 18 yaşlı Tamər yaxın günlərdə Fransanın paytaxtı Parisdə yenidən podiuma çıxacaq.

Anası italyan, atası ərəb olan Talidə Tamərin bundan əvvəl kamera qarşısında verdiyi pozalar onun dəb dünyasında gözlənilmədən yüksəlişinə səbəb olub. İndidən məşhur markaların reklam simasına çevrilən səudiyyəli modelin jurnal üçün verdiyi pozalar Səudiyyə Ərəbistanında ciddi müzakirələr yaradıb. Belə ki, Avropada yaşayan Tamərin səudiyyəli model kimi təqdim edilməsi ölkəsində isti qarşılanmayıb.

Buna cavab olaraq gənc model “Gözəl və güclü qadınlar olan Səudiyyə qadınlarını təmsil edirəm”, deyib. Lakin o, karyerasına başlayanda gələcəkdə səudiyyəli model kimi tanınacağını düşünmədiyini diqqətə çatdırıb.

Talidənin anası Kristina Tamər “Giorgio Armani”, “Gianfranco Ferré” və “La Perla” kimi məşhur firmalarda işləmiş keçmiş modeldir. Qızının ən böyük dəstəkçisi də odur. Atası Ayman Tamər isə “Tamer Group” adlı məşhur kosmetika firmasının sahibidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər