4 İyul 2018 07:54
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Afrin bölgəsinin Racu rayonunda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün I Dünya Müharibəsində istifadə etdiyi qərargahı tapılıb.

Teleqraf.com xəbər verir ki, baxımsız qalan qərargah 1890-cı ildə inşa olunub.

1918-ci ildə Fələstində 7-ci ordunun komandanı olan Atatürk həmin il Hələb və Afrinə gəlib. O, türk birlikləri ilə birlikdə Racuda Katma qatar stansiyasında yerləşib.

Atatürk həmin il bölgə sakinlərinin vasitəsilə xarici müdaxilələrə qarşı milis dəstələri qurub. Kilis yaxınlığında düşərgə salara, logistika xəttinin təhlükəsizliyini təmin edib. İskəndərun, Reyhanlı, Kırıkhan, Belen, Dər əl-Cəmal ve Təl Rıfat buradan müdafiə olunub.

1918-ci ildə Katmada ingilis ordusu ilə üz-üzə gələn Atatürkün başçılıq etdiyi birliklər qələbə qazanırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər