İran Prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə qarşı yönəlmiş iqtisadi addımlarına cavab verib.
Teleqraf.com xəbər verir ki, bu barədə prezident İsveçrədəki yerli iranlılarla görüş zamanı fikir bildirib:
“ABŞ rəsmiləri dedikləri sözlərin mənasını anlamırlar. İran neftinin satışını əngəlləmək bütün bölgə ölkələrinin satış edə bilməyəcəyi anlamına gəlir. İranın neft sata bilməyəcək, amma bölgə ölkələri neft ixrac edəcək – bu, mümkündürmü? Bacarırsınız edin, nəticəsini görəcəksiniz”.
ABŞ Xarici İşlər Nazirliyi siyasət planlaşdırma direktoru Brayan Huk dünən keçirdiyi mətbuat konfransında İrana təzyiq edib ölkənin neft gəlirlərini sıfıra endirməyə çalışdıqlarını və bu yolla region strategiyasını dəyişdirməyə məcbur etmək istədiklərini söyləyib.