Yəməndə qarşıdurmalar başlayandan bu günədək 814 qadın qətlə yetirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Yəmən İnsan Haqları naziri Məhəmməd Əsgər Cenevrədə İsveçrə Mətbuat Klubunda təşkil edilən seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, husilər müharibə başlayandan may ayına qədər 4 il ərzində 814 qadını öldürüb, 4179-nu yaralayıb.
Nazir qeyd edib ki, qadınlar cinsi təcavüzə məruz qalıb, uşaqlar şikəst edilib, zorla hərbi xidmətə cəlb olunub. Məhəmməd Əsgər deyib ki, husilərin yerləşdirdiyi minaların partlaması nəticəsində çoxlu sayda insan ölüb.